Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanın enerji sektoruna 1 milyard dollar investisiya qoymaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu Pakistan KİV-lərinə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov deyib.
Səfir bildirib ki, Azərbaycandan bir sıra şirkətlər Pakistanda birgə müəssisələrin yaradılmasında maraqlıdır, çünki bu ölkəni biznes və investisiya fəaliyyəti üçün potensial bazar hesab edirlər.
O əlavə edib ki, Azərbaycanın bu ölkədəki səfirliyi şirkətlərin nümayəndələri arasında virtual görüşlər təşkil etməyə və ticarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirməyə hazırdır.
X.Fərhadov qeyd edib ki, Azərbaycan Aİ üzvləri və digər ölkələrlə sazişlər imzalayıb və Pakistanla Azərbaycanın sıx iqtisadi əməkdaşlığı Pakistan məhsulunun Mərkəzi Asiya və Avropa bazarlarına çıxışını asanlaşdıracaq.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)