Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin iyununda “SOCAR Trading” müştəri üçün optimal texniki və kommersiya həlləri üzərində bir neçə illik araşdırma və təhlillərin nəticəsi olaraq, Kot-d’İvuarın milli elektrik şirkətinə yenilənmiş mayeləşdirilmiş təbii qaz infrastrukturunun yaradılması və qaz təchizatı ilə bağlı təklifini təqdim edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS nəşrinə müsahibəsində deyib.
O bildirib ki, “SOCAR Trading” təkliflərinin ən rəqabətyönümlü qiymətə təklif etdiyinə əmin olsa da, bəzi yeni qaz yataqlarının kəşfinin mümkünlüyü bütün prosesi sual altına qoyduğunu başa düşür. Şri-Lankaya gəldikdə isə bizim təkliflərimiz müvafiq təsdiq proseslərindən keçir. Bu isə Hindistan yarımadasında növbəti koronavirus dalğasının fəsadları ilə bağlı ləngimələrlə müşayiət olunur”.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)