5 illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında
ödənilən SOCAR istiqrazlarının növbəti – ikinci kupon ödənişi may
ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.
AzerTimes-ın məlumatına görə, bu
barədə SOCAR-ın rəsmi “Twitter” səhifəsi bildirilib.
Qeyd olunur ki, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi
nəticəsində 1,125 milyon dollar vəsait istiqraz sahiblərinin
hesablarına köçürüləcək.
“Bununla da, investorların ümumi qazancı 2,25 milyon dollara
yüksəlmiş olacaq. Qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon
dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir”, – məlumatda
bildirilir.