SOCAR-ın Ukraynaya idxal etdiyi mayeləşdirilmiş neft qazının həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2021-ci ilin sentyabrında Ukraynaya mayeləşdirilmiş neft qazının idxalını avqust ayı ilə müqayisədə 36,1 faiz azaldıb.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Ötən ay “SOCAR Ukraine” Ukraynaya 5,8 min ton mayeləşdirilmiş neft qazı idxal edib və bu sahədə ilk 15 idxalçı sırasında yer alıb.

Avqust ayında şirkət Ukraynaya 9,1 min ton mayeləşdirilmiş neft qazı idxal etmişdi.

Şirkət hesabat dövründə “Rosneft” istehsalı olan mayeləşdirilmiş neft qazının idxalını 38,6 faiz azaldıb. Sentyabrda SOCAR Ukraynaya 4,9 min ton “Rosneft” məhsulu idxal edib.

Ümumilikdə sentyabr ayında Ukraynaya mayeləşdirilmiş neft qazı idxalı avqust ayı ilə müqayisədə 13 faiz azalaraq 127,4 min ton təşkil edib.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir.

Twitter:@Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: