SOCAR-ın Ukraynada aviasiya yanacağı tədarükünün həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin aprelində Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə müəssisəsi 0,3 min ton aviasiya yanacağı tədarük edib.

AzerTimes bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü ötən ilin apreli ilə müqayisədə 60 faiz artaraq 1,3 min tona çatıb. Bunun 0,3 min tonu “SOCAR Ukraine” üçün tədarük edilib.

Yanvar-aprel aylarında Ukrayna 26,3 min ton aviasiya yanacağı tədarük edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azdır.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: