SOCAR-ın Türkiyədəki layihəsi ilə bağlı qrant müqaviləsi iyunda imzalanacaq

Günəş enerjisi texnologiyalarından istifadə olunmaqla karbon dioksiddən etanol/izopropanol kimi kimyəvi maddələrin istehsalını nəzərdə tutan #NEFERTİTİ layihəsinin 389 min Avroluq büdcəsi Avropa Komissiyasının “Üfüq 2020 Qrant Proqramı” tərəfindən qarşılanacaq.

SOCAR-dan AzerTimes-a verilən məlumata görə, “Enerji sahəsi 2020” çağırışlarından qrant almaq hüququnu əldə edən konsorsiumda 10 beynəlxalq şirkət fəaliyyət göstərəcək və burda yeganə Azərbaycan şirkəti olaraq #SOCARTürkiyə təmsil olunur.


Maliyyələşdirilmə ilə bağlı qrant müqaviləsi iyunda imzalanacaq.

Teqlər: