Xəbər - Ləman Zeynalova – Trend:
2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş qaz ehtiyatları 101,49 milyard ton təşkil edib.
Trend bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.
2019-cu ildə SOCAR-ın qaz ehtiyatları 99,486 milyard tona bərabər idi.
Azərbaycanda təsdiq olunmuş, işlənməyə cəlb olunmuş və hasil olunan neft ehtiyatları 2019-cu ildə 51,275 milyard tondan 2020-ci ildə 46,892 milyard tonadək azalıb. Eyni zamanda təsdiq olunmuş, işlənməyə cəlb olunmuş və hasil olunmayan neft ehtiyatları 2019-cu ildə 4,052 milyard tondan 2020-ci ildə 3,509 milyard tonadək azalıb.
Azərbaycanda təsdiq olunmuş və işlənməyə cəlb olunan neft ehtiyatları 2019-cu ildə 55,327 milyard tondan 2020-ci ildə 50,401 milyard tonadək azalıb. Eyni zamanda təsdiq olunmuş və işlənməyə cəlb olunmayan neft ehtiyatları 2019-cu ildə 44,159 milyard tondan 2020-ci ildə 51,049 milyon tonadək artıb.
SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları üzrə qiymətləndirməsi “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci il üzrə məlumatlarına əsaslanıb.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)