Xəbər - Ləman Zeynalova – Trend:
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdəki Kulevi neft terminalında müştərilərin sifarişi ilə məhsulların saxlanması üçün 5 min kubmetr saxlama gücü olan daha bir çənin tikintisi aparılır.
AzerTimes bu barədə terminalın saytına istinadən məlumat verir.
Kulevi neft terminalının saxlama gücü 360 min kubmetrdən 402 min kubmetrədək artrılıb.
Terminal 2008-ci ildən istismara verildikdən bu günədək 28 milyon tondan çox neft və neft məhsulu yola salınıb.
Qeyd edək ki, Kulevi terminalı 2008-ci ilin mayında istifadəyə verilib, yüklərin aşırılması isə iyun ayında başlayıb.
Əvvəlcə terminal xam neft, mazut və qazoylun yola salınması üçün nəzərdə tutulsa da, şirkət rəhbərliyinin həyata keçirdiyi genişləndirmə layihələri benzin, aviakerosin, metanol, benzol, maye piroliz qatranı kimi karbohidrogen və nefti-kimya məhsulları hesabına yola salınan məhsul çeşidlərini artırmağa imkan verib.
Regional və qlobal bazarın tələblərinə uyğunlaşmaq üçün terminalın gücünü artırmaq qərarı verilib. Beləliklə, müştərilərin sifarişi ilə böyük həcmdə məhsulların emalı üçün 11 əlavə çənin tikintisi başlayıb.
(Tərcümə: Orxan Nəbiyev)