SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımaların həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdə yerləşən Kulevi limanındakı terminalından 2008-ci il mayın 16-dan bu günədək 4,02 milyon ton xam neft və 24,1 milyon ton neft məhsulu yola salınıb.

Bunu AzerTimes-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu ilin birinci rübünün yekunlarına əsasən, bu göstərici 424,5 min ton təşkil edib.


Qeyd edək ki, Gürcüstanın Kulevi limanındakı neft terminalı xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, azkükürdlü dizel yanacağı, sənaye nefti, kondensat və benzolun daşınması üçün istifadə olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: