17:20
Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Süleyman Mehrəli oğlu Qasımov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
İlham Əliyevin digər sərəncamı ilə Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.
Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.