SOCAR Gürcüstandakı terminalla daşımaların həcmini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdə yerləşən Kulevi limanındakı terminalından 2008-ci il mayın 16-dan bugünədək 25,3 milyon tondan çox xam neft yola salınıb.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ilin əvvəlində bu göstərici 1,7 milyon ton təşkil edib.

Qeyd edək ki, Gürcüstanın Kulevi limanındakı neft terminalı xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, azkükürdlü dizel yanacağı, sənaye nefti, kondensat və benzolun daşınması üçün istifadə olunur.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: