SOCAR Gürcüstanda 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan SOCAR Georgia Gas şirkəti qonşu dövlətdə 808 min abunəçiyə xidmət göstərir.

Şirkətdən AzerTimes-a verilən məlumata görə, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb, 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib.

Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xəttlərinin inşa olunması üçün öz vəsaitlərini sərmayə qoyur.


Qeyd edək ki, şirkətdə 2 mindən çox əməkdaş çalışır ki, bu sırada azərbaycanlılar da var.

Teqlər: