SOCAR Gürcüstana qaz ixracını artırıb

Bu ilin yanvar-mart aylarında SOCAR Gürcüstan bazarına isə 770
mln. kubmetr təbii qaz ixrac olunub, bu da illik müqayisədə 50,6%
artım deməkdir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, hesabat dövründə SOCAR
tərəfindən dünya bazarına 4,1 mln. tona yaxın xam neft ixrac
edib.

Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə
beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına
düşən nefti də ixrac edir.

Ümumilikdə isə ölkə üzrə 6,7 milyon tona yaxın neft, 5,9 milyard
kub metr qaz ixrac edilib.Ölkə üzrə qaz ixracında ötən ilin analoji
dövrü ilə müqayisədə 14,7 faiz artım qeydə alınıb.

Teqlər: