Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Energy Ukraine” şirkəti “NANO 95”, “Diesel Nano Extra” premium yanacaq növlərinin satışını dayandırıb.
AzerTimes bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, bu qərar Ukrayna Nazirlər Kabinetinin dizel yanacağı və benzinin orta qiymətinə əlavə dəyər həddini tətbiq etməsi ilə əlaqədar verilib. Bu qərarla neft məhsulları bazarında qiymətlərin dövlət tənzimlənməsi tətbiq olunub.
“SOCAR Energy Ukraine” həmçinin mayın 15-dən etibarən məhdudiyyətlər nəzərə alınmaqlda yanacağın baza növlərinin qiymətlərində dəyişikliklər edib.
(Tərcümə: Orxan Nəbiyev)