Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Energy Ukraine” şirkəti premium yanacaq növlərinin satışını bərpa edib.
AzerTimes bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.
Qeyd edək ki, bir neçə gün əvvəl “SOCAR Energy Ukraine” “NANO 95”, “Diesel Nano Extra” yanacaq növlərinin satışını dayandırdığını elan etmişdi.
Ukrayna KİV-ləri qeyd edir ki, həftəsonu bir sıra iri şirkətlər qiyməti ortalama qiymətdən yüksək olan brend premium yanacaq növlərinin satışını dayandırmışdı:
“Ötən gün Ukrayna İqtisadiyyat Nazirliyi hökumətin qərarının bu yanacaq növünü əhatə etmədiyini bildirib. Hazırda brend benzin və dizel yanacaq növlərinin satışı SOCAR və KLO tərəfindən bərpa olunub”
Xatırladaq ki, Ukrayna Nazirlər Kabinetinin qərarı dizel yanacağı və benzinin orta qiymətinə əlavə dəyər həddini tətbiq etməsi ilə əlaqədar verilib. Bu qərarla neft məhsulları bazarında qiymətlərin dövlət tənzimlənməsi tətbiq olunub.
“SOCAR Energy Ukraine” həmçinin mayın 15-dən etibarən məhdudiyyətlər nəzərə alınmaqlda yanacağın baza növlərinin qiymətlərində dəyişikliklər edib.
(Tərcümə: Orxan Nəbiyev)