SOCAR dənizdə küləklə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli,
qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İB
dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini
gücləndirib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya ximətindən
AzerTimes-a verilən məlumata görə,
təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları
çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər
görülüb.

“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır,
mövcud vəziyyət nəzarət altındadır”, – məlumatda qeyd edilir.

Teqlər: