SOCAR daha bir Ukrayna şirkətinə “Rosneft” istehsalı olan yanacaq çatdıracaq

Xəbər - Ləman Zeynalova – Trend:

Ukraynanın “Avantaj” şirkəti “Rosneft” istehsalı olan mayeləşdirilmiş neft qazının birinci partiyasını əldə edəcək.

AzerTimes-ın məlumatına görə, tədarükün operatoru qismində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iştirak edir.

630 ton həcmində mayeləşdirilmiş neft qazı Kiyev vilayətinə yola salınıb.

Qeyd edək ki, bir müddət əvvəl verilən məlumata görə, SOCAR “Rosneft”in neft məhsullarını Ukrayna, Polşa və Baltikyanı ölkələrə nəqlini təşkil edəcək:

“SOCAR beynəlxalq neft ticarəti sahəsində mövqelərini möhkəmləndirməkdə davam edir. Bu istiqamətdə atılan addımlardan biri “Rosneft” şirkəti ilə müqavilənin imzalanması olub”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: