SOCAR-da qaz sızmasının idarə olunması üzrə pilot layihə reallaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) qaz sızmasının idarə
olunması üzrə pilot layihə reallaşdırılır.

Trend-in
məlumatına görə, bunu SOCAR-ın informasiya texnologiyaları və
rabitə idarəsinin şöbə rəisinin müavini Fuad Əliyev “IV sənaye
inqilabının trendləri” adlı konfransda deyib.

Onun sözlərinə görə, bu günədək qaz paylanmasına və sızmasına
nəzarət etməyə imkan verən 466 xüsusi qurğu quraşdırılıb.

“İnformasiya texnologiyaları SOCAR-a təbii qazın paylanmasını
idarə etməyə imkan verir. Müəssisəmizdə xüsusi mərkəz var ki, təbii
qazı səmərəli şəkildə paylamağa imkan verir. Bu layihəyə iri boru
kəmərlərinin də qoşulması planlaşdırılır”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: