SOCAR bu tarixlərdə hasilatı artıracaq

SOCAR bu tarixlərdə hasilatı artıracaq

2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 4 %, 2023-cü ildə isə 5 % artıracağı proqnozlaşdırılır.

AzerTimes xəbər verir ki, bu barədə “Fitç” beynəlxalq reytinq agentliyinin Dövlət Neft Şirkətinin reytinqlərinin təsdiqi ilə bağlı məlumatında deyilib.

“Bu, əsasən təbii qaz hasilatının artması hesabına baş verəcək və bundan sonra da sabit qalacaq”, – “Fitç” proqnozunda bildirib.

Agentlik xatırladıb ki, SOCAR 2021-ci ildə qaz və maye hasilatında analoji artımla neft və qaz hasilatını 7 % artıraraq sutkada 282 min barrel neft ekvivalentinə çatdırıb: “Bu, Azərbaycanda neft hasilatının 1%, qaz hasilatının isə 23 % artması ilə bağlıdır. Neftlə müqayisədə daha yüksək qaz hasilatı əsasən “Şahdəniz-2” yatağında 2018-ci ildə hasilata başlanması və sonrakı əlavə istehsalat sahələrinin artırılması ilə bağlıdır”.

“Fitç” “Brent” markalı neftin 2022-ci ildə 100 ABŞ dolları/barrel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-cü ildə 65 ABŞ dolları, sonrakı illərdə isə 53 ABŞ dolları/barrel olacağını proqnozlaşdırır.

Teqlər: