SOCAR birjada 100 milyon dollar həcmində istiqraz yerləşdirib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Noyabrın 1-də Bakı Fond Birjasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tədavül müddəti beş təqvim ili olan 100 milyon dollar həcmində istiqrazları yerləşdirilib.

Trend bu barədə Bakı Fond Birjasına istinadən məlumat verir.

Qeyd olunub ki, hərrac zamanı 754 investor tərəfindən 761 sifariş təqdim edilib.

İstiqrazın illik faiz dərəcəsi 4,5 faiz, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 380,6 milyon dollar təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100 milyon dollar təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: