SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlinin həcmini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Sentyabrın sonunadək Bakı-Novorossiysk boru kəməri ilə 85 min ton Azərbaycan neftinin nəql edilməsi planlaşdırılır.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-avqust aylarında bu boru kəməri ilə 669 min ton Azərbaycan nefti nəql edilib.

Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 330 kilometrdir və bunun 231 kilometri Azərbaycan ərazisindən keçir.


Xatırladaq ki, SOCAR və “Transneft” şirkətləri 2021-ci ildə bir milyon ton neftin Bakı-Novorossiysk boru kəməri ilə nəqli barədə müqavilə imzalayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: