SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı

Trans Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb.

Bu barədə AzerTimes-a SOCAR-dan məlumat verilib.

“Bu çərçivədə 2021-ci ildə Azərbaycandan Avropaya 8.15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac edilib”, – məlumatda qeyd edilib.


Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir.

Kəmər 2020-ci ilin dekabrında istifadəyə verilib.

Teqlər: