SOCAR 2800 hektardan çox ərazini tullantılardan təmizləyib

2006-2021-ci illər ərzində SOCAR tərəfindən 2819,57 hektar sahə
tullantılardan təmizlənib.

SOCAR-dan AzerTimes-a verilən
məlumata görə, bu, 56 Bakı stadionunun ərazisi boyda sahədir.

Qeyd olunub ki, tullantıların bir hissəsi təkrar emal olunub,
bir hissəsi isə tullantıların idarə edilməsi mərkəzinə
göndərilib:

“2021-ci ildə SOCAR tərəfindən əməliyyat şirkətlərinin və birgə
müəssisələrin 56,57 hektar ərazisi tullantıdan təmizlənib. Son 10
ilə 1111 hektar ərazi tullantılardan təmizlənib. Bu sahə təxminən 5
Monako dövləti ərazisi qədərdir”, – məlumatda qeyd olunur.

Teqlər: