Sobyanin açıqladı: Moskvaya uçan 4-cü PUA məhv edildi

Sobyanin açıqladı: Moskvaya uçan 4-cü PUA məhv edildi

Rusiya Silahlı Qüvvələri Moskvaya doğru uçan daha bir PUA-nı zərərsizləşdirib.

AzerTimes xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib.

O bildirib ki, hazırda PUA qalıqlarının düşdüyü ərazidə fövqəladə xidmətin əməkdaşları işləyir.

Mer əlavə edib ki, bu, son 3 saat ərzində Moskva istiqamətində məhv edilən 4-cü belə drondur.

Teqlər: