Sobçakın evində axtarış aparılır

Sobçakın evində axtarış aparılır

Məşhur rusiyalı jurnalist Kseniya Sobçakın Moskva vilayətindəki bağ evində axtarışlar aparılır.

AzerTimes xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

“Sobçakın evində onun kommersiya direktoru Kirill Suxanovun saxlanılması ilə bağlı axtarış aparılır. Sobçakın özünün heç bir prosessual statusu yoxdur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Kseniya Sobçakın “Caution Media” holdinqinin kommersiya direktoru Kirill Suxanov Moskvada saxlanılıb.

Teqlər: