İki PUA Rusiyanın Smolensk vilayətində yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Vasili Anoxin deyib.
“Bu gün saat 3 radələrində Poçinkovski rayonunun Peresna kəndində və Smolensk rayonunun Divası kəndində iki uzaqmənzilli PUA yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib. Ölən və xəsarət alan olmayıb”, – o bildirib.
Qeyd olunur ki, obyektlərdə kritik dağıntılar və yanğınlar yoxdur. Fəsadların aradan qaldırılması üçün rayonun əməliyyat xidmətləri yerində işləyir.