Rusiyanın Smolensk vilayəti üzərində Ukraynaya məxsus PUA vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 20-si, Moskva vaxtı ilə saat 23.50 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, – MN məlumatında qeyd edib.