Kiyevin tərəfdaşları Ukraynaya qoşun göndərmək qərarına gəlsə, biz onlara minnətdar olacağıq.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
“Tərəfdaşlarımız Ukrayna ərazisinə öz əsgərlərini, təlimatçılarını və ya məsləhətçilərini göndərmək qərarına gəlsə, buna görə onlara minnətdar olacağıq”, – o bildirib.
Şmıqal vurğulayıb ki, hazırda Kiyev öz tərəfdaşlarından yalnız silah və hərbi texnika istəyir.