Şmıqal əks-hücum əməliyyatından danışdı

Şmıqal əks-hücum əməliyyatından danışdı

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı yaxın vaxtlarda baş tutacaq və ABŞ planlarımızı tam dəstəkləyir.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

“Heç nə bizim əks-hücum planlarımıza təsir etməyəcək və dəyişməyəcək. Məqsədimiz qələbədir, məqsədimiz 1991-ci il sərhədləri daxilində Ukrayna ərazilərinin azad edilməsidir. Əminik ki, əks-hücum yaxın gələcəkdə baş tutacaq. ABŞ bizi tamamilə dəstəkləyir”, – o bildirib.

Baş nazir əlavə edib ki, Ukraynanın ABŞ-dan heç bir gizlisi yoxdur:

“Bunun ətrafında da heç bir sənəd “sızması” və informasiya səs-küyü Rusiyanı məğlub etmək planlarına təsir etməyəcək.

Teqlər: