Rusiyanın Ukraynaya raket hücumlarının səkkiz dalğasından sonra bütün istilik və su elektrik stansiyaları zədələnib, həmçinin yüksək gərginlikli şəbəkə obyektlərinin 40 %-nə ziyan dəyib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal Feysbukda yazıb.
Hökumət başçısı bildirib ki, Ukraynanın enerji sistemində güc çatışmazlığı qalmaqdadır:
“Hər birimiz dərk etməliyik ki, bu qışı elektrik enerjisi istehlakında ciddi məhdudiyyətlərlə keçirəcəyik”.