Şmıqal ABŞ-dan F-16 istədi

Şmıqal ABŞ-dan F-16 istədi

Ukraynanın baş naziri Denis Şmıqal Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşdə uzaqmənzilli raketlər və döyüş təyyarələri istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin məlumatında deyilir.

“Sizdən xahiş edirik ki, Ukraynanı daha uzun mənzilli raketlərlə təmin etmək imkanlarına yenidən baxasınız. Amerika Ukraynanı F-15 və ya F-16 təyyarələri ilə təmin etməklə liderliyini bir daha nümayiş etdirə bilər”, – deyə Pentaqon Şmıqaldan sitat gətirib.

Qeyd edək ki, tərəflər Vaşinqtonda bir araya gəlib.

Teqlər: