Smartfonun şarj cihazına taxılmış vəziyyətdə istifadəsi təhlükəlidir?

Smartfon şarj olarkən isinir, danışan zaman onu onu cihazdan ayırmaq və ya səsi açmaqla telefondan istifadə etmək daha yaxşıdır.

Yenicag.az xəbər verir ki, bunu “Telecom daily” informasiya-analitik agentliyinin direktoru Denis Kuskov bildirib:

“Əlbətdə ki, telefonun əllərinizdə partlayacağı ehtimalı yoxdur, amma niyə sağlamlığınızı riskə atırsınız?”

Mütəxəssis danışıq zamanı kabeli və ya telefonu şəbəkədən ayırmağı məsləhət görüb.

O, cihazın şarjının 10-15 dəqiqə ərzində sürətli bir şəkildə bərpa edəcək şarj funksiyası olduğunu da xatırladıb./oxu.az/

www.yenicag.az

Teqlər: