Bakının bir çox ərazisində yayda istidən, qışda soyuqdan qorunmaq, eyni zamanda digər konfort yaradan xidmətlərin olduğu smart dayanacaqlarda kondisionerlər yerləşdirilsə də, hazırda çalışmır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə bu problem aradan qalxacaq.
“Smart tipli avtobus dayanacaq pavilyonu yeni qoyulub və texniki quraşdırma işləri tam yekunlaşmayıb. İşlər yaxın günlərdə tam yekunlaşdıqdan sonra pavilyondan sərnişinlər rahat şəkildə istifadə edə biləcəklər”, – deyə qeyd edilib.