Qərbin Qafqazda, xüsusən Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləri illuziyaya çevrilir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
“KİV-lərin yazdığı kimi, Qərbin Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləri, deyəsən, daha çox xəyala çevrilir. Hərçənd “müttəfiq” adlandırılanlar Tiflisə hərbi avantüra üçün təzyiq göstərirlər”, – deyə o bildirib.
Parlamentarinin sözlərinə görə, Gürcüstan Abxaziya və Cənubi Osetiya hadisələrindən dərs alıb və “son gürcüyə qədər” müharibə aparmaq fikrində deyil.