Qərbdə sülh naminə adekvat dialoq apara biləcək siyasətçi qalmayıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
“Qərbdə intellektual siyasi gözəllik darmadağın edilib, daha Kennedi miqyasında planetdə ümumi sülh naminə dialoq apara biləcək şəxsiyyətlər qalmayıb. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı bütün növ rusofobların məhz Ukraynaya nüvə silahını vermək istəklərinin, NATO-nun şərqə doğru genişlənməsinin və Ukrayna ərazisində anti-Rusiya dayağı yaratmaq cəhdlərinin nəticəsidir”, – o bildirib.