Sloveniyada koronavirusun Hindistanda aşkarlanmış ştammına ilk yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, yeni ştamma yoluxma halını Sloveniyanın Mikrobiologiya və İmmunologiya İnstitutunun mütəxəssisləri aşkarlayıb.
Məlumata əsasən, bununla bağlı hesabat “GISAID” beynəlxalq bazasına göndərilib.
Qeyd edək ki, daha əvvəl Sloveniyada “Britaniya”, “Cənubi Afrika” və “Braziliya” ştammlarına da yoluxma halları qeydə alınıb.