Sloveniyada koronavirusun “Britaniya ştammı” aşkarlanıb

Sloveniyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın baş naziri Yanez Yanşa bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni ştammı Belçikadan gələn Kosovo sakinində aşkarlanıb.

Xatırladaq ki, ötən ilin dekabr ayının 14-də İngiltərə Səhiyyə Nazirliyinin başçısı Met Henkok İngilis alimlərin bilinən ştammlardan daha sürətli yayılan yeni, mutasiyaya uğramış koronavirus növü aşkar etdiklərini bildirib. İngiltərə Baş naziri Boris Conson yeni koronavirus mutasiyasının digər virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu deyib.

Teqlər: