Sloveniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 520 yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 200 375 nəfərə çatıb.
Məlumata əsasən, son sutkada 5 nəfər, hazırkı dövrədək isə 3 934 nəfər koronavirusdan vəfat edib.
Qeyd edilir ki, hazırda 10 294 nəfərin müalicəsi davam etdirilir, 83 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.