Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzerTimes xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza davamlı tərəqqi, inkişaf arzu edirəm.
Mən çox məmnunam ki, Sloveniya və Azərbaycan dostluq münasibətlərinə malikdir. Əminəm ki, bu münasibətlər daha da dərinləşməkdə davam edəcəkdir.
Biz mübahisələrin danışıqlar yolu ilə həlli və ən mühüm çağırış olan qlobal iqlim böhranının aradan qaldırılması, multilateralizm kimi ortaq maraqları paylaşırıq. İnanıram ki, Siz bu sahədə, xüsusilə Bakının COP29-a ev sahibliyi etməsi fonunda ölkənizin və xalqınızın hərtərəfli inkişafını təmin etmək naminə səylərinizi davam etdirəcəksiniz.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.