Sloveniya hakimiyyəti pisləşən epidemioloji vəziyyəti olan ölkələrdən gələn koronavirus əleyhinə peyvənd edilməmiş bütün turitlər üçün məcburi karantin tətbiq edilməsi barədə qərar verib.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, karantin bütün epidimioloji vəziyyətin səviyyəsini bildirmək üçün istifadə edilən qırmızı və tünd qırmızı siyahılarda olan ölkələrdən gələn səyahətçilərə şamil ediləcək.
Hazırda bu siyahılara 75 ölkə və ərazi daxildir ki, bunlardan bir neçəsi Braziliya, Böyük Britaniya, Niderland, İrlandiya, Türkiyə, Belarus və Rusiyadır.
Bu ölkələrdən gələn bütün müsafirlər sərhəd polisi əməkdaşlarına koronavirus testinin mənfi nəticəsini təqdim etməli və 10 gün karantində qalmalıdırlar.