Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) deputatları Fələstinin müstəqil dövlət kimi tanınmasının lehinə səs veriblər.
AzerTimes xəbər verir ki, bu barədə Sloveniya Dövlət Assambleyasının sədri Urşka Klakoçar-Zupançiç deyib.
Qeyd edək ki, Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanınması üçün Assambleyaya təklif irəli sürmüşdü.