Slovakiyanın keçmiş xarici işlər naziri İvan Korçok ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlir.
AzerTimes xəbər verir ki, bu barədə Slovakiya televiziyasının təqdim etdiyi ekzit-poll nəticələrində göstərilib.
Korçok seçicilərin 51,1%-nin dəstəyini əldə edib. Onun rəqibi, Slovakiya Milli Şurasının (Parlament) sədri və “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini isə 48,9% səs toplayıb.