Slovakiyanın yeni baş naziri məlum oldu

Slovakiyanın yeni baş naziri məlum oldu

Lüdovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə fövqəladə brifinqdə ölkənin Prezidenti Zuzana Çaputova bildirib.

“Slovakiya Milli Bankının sədr müavini Lüdovit Odor yeni baş nazir təyin olunacaq”, – o deyib.

Bundan əvvəl baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu açıqlamışdı. Qanuna uyğun olaraq, onun bütün kabineti onunla birlikdə istefa verir.

Teqlər: