Slovakiyadan Makronun bəyanatına sərt cavab

Slovakiyadan Makronun bəyanatına sərt cavab

Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə Rusiya arasında cəbhə xətti pozulacağı təqdirdə NATO quru qüvvələrinin Ukraynada yerləşdirilməsini istisna etmədiyi haqqında bəyanatına reaksiya verməyə bilmirəm.

AzerTimes xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.

“Ukraynadan min müraciət alınsa belə, bu dövlət NATO-nun üzvü deyil. Mən bütün Slovakiyaya çox aydın, qəti bir siqnal göndərirəm: biz, slovak əsgəri heç nə istəməyəcək, bizdən nə istəmələrindən asılı olmayaraq, əsgərlərimiz Slovakiya-Ukrayna sərhədindən keçməyəcək. Bir daha təkrar edirəm, keçməyəcək. Biz bu hərbi çılğınlığa töhfə verməyəcəyik, çünki Ukraynada mövcud vəziyyətin necə olduğunu çox yaxşı bilirik. Mən bu bəyanatları Üçüncü Dünya müharibəsinə doğru addım hesab edirəm”, – Fitso qeyd edib.

Teqlər: