Slovakiyadan gözlənilməz: Rusiya ilə əlaqələri bərpa etdi

Slovakiyadan gözlənilməz: Rusiya ilə əlaqələri bərpa etdi

Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.

AzerTimes xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.

Rusiya və Belarusla təmas və mədəni əməkdaşlıq qadağası 2022-ci ilin martında qüvvəyə minib. Nazirliyin keçmiş rəhbəri Natalya Milanova bu addımını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməklə izah edib.

Hökumətdə Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.

Teqlər: