Slovakiyada fövqəladə vəziyyət rejimi 40 gün uzadıldı

Slovakiya Hökuməti koronavirusun yayılması ilə əlaqədar pisləşən epidemioloji vəziyyətə görə 1 oktyabr 2020-ci ildə respublikada bərpa edilmiş fövqəladə vəziyyət rejimini daha 40 gün müdətinə uzadıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, hazırkı fövqəladə vəziyyət rejimi fevralın 8-i bitməli idi, lakin müvafiq qərarla martın 20-dək uzadılıb.

Slovakiya qanunvericiliyinə əsasən, yaxın 20 gün ərzində hökumətin fövqəladə vəziyyət rejimin uzadılması barədə qərarı Milli Şura (parlament) tərəfindən təsdiq edilməlidir.


Qeyd edək ki, Slovakiyada koronavirusa 259 533 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 5 050 nəfəri vəfat edib.