Bu gün Slovakiya Prezidenti Zuzana Çaputova və Çexiya Prezidenti Petr Pavel Kiyevə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Feysbuk hesabında məlumat yayıb.
“Çexiya Prezidenti ilə Ukraynaya birgə səfər Slovakiya və Çexiya dövlət başçıları arasında münasibətlərdə yeni dövrü olmasını təsdiqləyir. Bu, bizim xaricə ilk birgə səfərimizdir və bu səfərin Ukraynaya olmasına şadam”, – o yazıb.
Qeyd edək ki, onların Prezident Vladimir Zelenski ilə görüşəcəkləri, Borodianka və Buça şəhərlərinə səfər edəcəkləri gözlənilir.