Slovakiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak edə bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla Azərbaycan xarici işlər naziri arasında görüş keçirilib.

AzerTimes-ın məlumatına görə, görüşdən sonra nazirlərin birgə mətbuat komfrası keçirilib və görüşdə müzakirə olunan məsələlər barəsində məlumat verilib.

C.Bayramov bildirib ki, görüş zamanı enerji, nəqliyyat, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Nazirin sözlərinə görə, həmçinin BMT ATƏT, Şərq Tərəfdaşlığı kimi beynəlxalq platformalar çərçivəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri, işğaldan azad edilmiş Azərbaycan ərazilərində birgə bərpa və quruculuq işləri müzakirə edilib.

Teqlər: