AFFA dünən Azərbaycan millisinin UEFA Millətlər Liqasının V turu üzrə Slovakiyaya qalib gəldiyi oyundan sonra komanda üzvlərinə mükafat ayırıb.
AzerTimes Offsideplus.az-a istinadən xəbər verir ki, əsas heyətdə çıxış edən hər futbolçuya 35 min manat, ehtiyat oyunçuların hər birinə isə 25 min manat pul mükafatı verilib. Səfər qələbəsi olduğu üçün qurum futbolçulara bu məbləğdə mükafat ayırıb.
Qeyd edək ki, Azərbaycan yığması Slovakiya komandasına 2:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində 44-cü dəqiqədə Renat Dadaşov və 90+5 dəqiqədə Höccət Haqverdi fərqlənib.
Əlavə edək ki, Azərbaycan millisi sentyabrın 25-də saat 20:00-da “Dalğa Arena”da Qazaxıstan millisini qəbul edəcək.