Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Slovakiya Respublikasının Baş naziri Robert Fikonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiyanın Baş naziri Robert Fikonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Teqlər: